“Borussiya” təsdiqlədi - Onunla yollar ayrılır
- 24 May 2020 11:20
- 699
Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Mario Götze ilə bu yay başa çatacaq müqavilənin müddətini uzatmayacağını təsdiqləyib.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Dortmund klubunun idman direktoru Maykl Zork məlumat verib:
“Bu yay Götze ilə yolları ayıracağıq. Bununla əlaqədar görüşdük və dürüst söhbətimiz oldu. Yekunda belə anlaşdıq”.
Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi bundan əvvəl karyerasından dəyişiklik etmək qərarına gəldiyini açıqlamışdı. “Borussiya”nın yetirməsi olan Götze 2013-cü ildə “Bavariya”ya transfer olunsa da, 3 il sonra yenidən Dortmund təmsilçisinə qayıtmışdı. Almaniya millisi ilə DÇ-2014-ün qalibi olan futbolçu mundialın finalında Argentinaya 1:0 hesabıyla məğlub etdikləri oyunda yeganə qolun müəllifi olmuşdu.