“Borussiya” yeni baş məşqçisini açıqladı
- 14:20
- 55
Dortmund "Borussiya"sı Niko Kovaçın baş məşqçi təyinatını rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
53 yaşlı mütəxəssislə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb. O, bu postda türkiyəli Nuri Şahini əvəz edib.
Kovaçın bazar günü "Haydenhaym"la Bundesliqa oyunundan sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacağı bildirilib. Onun əvvəlki iş yeri "Volfsburq" olub.
"Borussiya" hazırda Almaniya Bundesliqasında 2024/2025 mövsümündə 11-ci yerdədir. Komanda 19 matçda 26 xal toplayıb.