Dortmund “Borussiya"sı ciddi itki ilə üzləşib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisinin yarımmüdafiəçisi Aksel Vitsel ağır zədə alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Belçika millisinin üzvü Bundesliqanın 15-ci turunda "Leyptsiq"lə görüşdə (3:1) sıradan çıxıb. Dabanında sınıq aşkarlanan futbolçunun bir neçə ay meydana çıxa bilməyəcək.

Ulduz futbolçunun Avropa çempionatında da iştirak edə bilməyəcəyi ehtimal olunur.