“Borussiya”da yeni müqavilə
- 22 Noy 2019 19:20
- 860
Almaniyanın “Borussiya” klubu futbolçusu Laslo Beneşin müqaviləsinin müddətini artırıb.
Rekord.az xəbər verir ki, Münhenqladbax təmsilçisi 22 yaşlı yarımmüdafiəçi ilə müddəti 2024-cü ilə qədər olan sözləşmə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
2016-cı ildən “Borussiya”da forma geyinən Beneş, Slovakiya milli komandasının da heyətinə dəvət alır.
Yarımmüdafiəçi bu mövsüm Bundesliqada 10 oyuna çıxıb və 4 məhsuldar ötürmə ilə yadda qalıb.