“Borussiya”da yeni müqavilə
- 07 May 2021 17:40
- 2016
Almaniyanın “Borussiya” (Dortmund) klubu futbolçusu Feliks Passlakla müqaviləni yeniləyib.
Rekord.az xəbər verir ki, 22 yaşlı müdafiəçi ilə yeni sözləşmənin müddəti 2023-cü ilin yayına qədərdir.
Bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Passlak 2016-cı ildən “Borussiya”da çıxış edir. Alman müdafiəçi bu mövsüm Bundesliqada 6 oyuna çıxıb.
Passlakın əvvəlki müqaviləsi yaya qədər idi.