“Borussiya”da yeni müqavilə
- 15 İyn 2020 11:21
- 718
Dortmund “Borussiya”sı futbolçusu Roman Bürkiylə yeni müqavilə imzalayacaq.
Rekord.az xəbər verir ki, bu barədə isveçrəli qapıçı Almaniya mətbuatına açıqlamasında deyib.
Bürki, yaxın günlərdə rəsmi açıqlamanın veriləcəyini bildirib. İsveçrə milli komandasının da üzvü olan qapıçıyla yeni müqavilənin müddəti 2023-cü ilin yayına qədər olacaq.
2015-ci ildən “Borussiya”nın şərəfini qoruyan Bürkinin indiki sözləşməsi 2021-ci ilin yayına qədərdir.