“Borussiya”da yeni müqavilə
- 25 İyn 2020 11:20
- 726
Almaniyanın “Borussiya” (Dortmund) klubu idman direktoru Maykl Zorkla yeni müqavilə imzalayıb.
Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.
Onunla müqavilənin müddəti 2022-ci ilin yayına kimi uzadılıb.
Qeyd edək ki , Zork 1998-ci ildən Dortmund təmsilçisində idman direktoru vəzifəsində çalışır.