Almaniyanın “Borussiya” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Dortmund təmsilçisi Belçika “Anderlext”inin yetirməsi Julyen Duranvili transfer edib.

16 yaşlı hücumçu ilə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Almanlar bu transferə görə Belçika klubuna 8.5 milyon avro təzminat ödəyiblər.

Duranvil “Anderlext”in yetirməsidir. O, Belçikanın U-16 yığmasında oynayıb, hazırda isə U-19-a dəvət alır.