Almaniyanın “Borussiya” (Münhenqladbax) klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Bundesliqa təmsilçisi Fransanın “Tuluza” klubunun yarımmüdafiəçisi Kuadio Koneni transfer edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 19 yaşlı futbolçu ilə müddəti 2025-ci ilin yayına qədər olan müqavilə imzalanıb. Amma Kone “Borussiya”ya bu ilin yayında qoşulacaq. Belə ki, Almaniya klubu yeni transferinin bu mövsümün sonuna qədər “Tuluza”da icarədə oynamasına qərar verib.

Bu transfer “Borussiya”ya 9 milyon avroya başa gəlib.

Qeyd edək ki, Kone “Tuluza”nın öz yetirməsidir. O, 2019-cu ildən bu klubun əsas komandasında forma geyinir.