"Borussiya" Almaniya Bundesliqasında növbəti oyuna çıxıb.

Rekord.az xəbər verir ki, Dortmund klubu 4-cü turda səfərdə "Bayer"lə qarşılaşıb. Matç qonaq komandanın 4:3 hesablı qələbəsi ilə başa çatıb.

"Bayer" (Leverkuzen) - "Borussiya" (Dortmund) - 3:4
Qollar:
 Virtz, 9 (1:0), Haaland, 37 (1:1), Şik, 45+1 (2:1), Brandt, 49 (2:2), Diabi, 55 (3:2), Qerreyru, 71 (3:3), Haaland, 77-pen (3:4)

Bu qələbə ilə xalını 9-a yüksəldən "Borussiya" 9 xalla 2-ci, "Maynts" eyni xalla 3-cüdür. Turnir cədvəlinə 12 xalla "Volfsburq" başçılıq edir.