Almaniyanın “Borussiya” klubu futbolçusu Oskar Vendtlə yeni müqavilə imzalayıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

34 yaşlı müdafiəçi ilə müddəti 2021-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

İsveç milli komandasının da üzvü olan Vendtin əvvəlki müqaviləsi mövsümün sonuna qədər idi.