"Borussiya"nın idman direktoru Mixael Tsork komandanın vingeri Ceydon Sançonun Dortmund klubundan ayrılacağı iddialarına münasibət bildirib.

Rekord.az xəbər verir ki, klub rəsmisi İngiltərə millisinin üzvü ilə uzunmüddətli müqavilənin olduğunu deyib:

"Hazırda yenilik yoxdur. İndi klublar transferlərə böyük məbləğ ayırmağı hələ düşünmür - hətta İngiltərədə də. Mən çox uzağa baxmaq istəmirəm, çünki hər şey tez dəyişir.

Görək, nə baş verəcək. Ceydonla uzunmüddətli müqaviləmiz var. Buna görə də tamamilə sakitik. İnsanların buna niyə çox maraq göstərdiyini anlayıram, amma hazırda mövsümün bərpasını düşünürük".

20 yaşlı futbolçu bu mövsüm "sarı-qara" formada 35 oyun keçirib, 17 qol vurub və 19 assist edib.