"Borussiya"dan Tuxelə görə gedib
- 15 Apr 2021 15:20
- 2595
“Barselona”nın futbolçusu Osman Dembele müsahibə verib.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, fransalı hücumçu sevdiyi məşqçinin adını açıqlayıb:
“Tomas Tuxel ən sevdiyim məşqçidir. Onun rəhbərliyi altında sağ cinahda oynayırdım. O, “Borussiya”da qalsaydı, klubdan ayrılmazdım”.
Tuxel 2015-2017-ci illər aralığında Dortmund “Borussiya”sını çalışdırıb. Dembele 2016/17 mövsümünü sözügedən klubda keçirib.