Xorvatiya millisinin və "Volfsburq"un müdafiəçisi Marin Ponqraçiç karyerasını Dortmund "Borussiya"sında davam etdirəcək.

Rekord.az klubun saytına istinadən xəbər verir ki, 23 yaşlı futbolçu 2021/2022 mövsümün icarə əsasında Dortmund təmsilçisində keçirəcək.

O, məşqlərə bu gün  başlayacaq.

Qeyd edək ki, Ponqraçiç ötən Almaniya Bundesliqasının 10 matçda oynayıb.