Almaniyanın “Borussiya” (Dortmund) klubu baş məşqçisi Marko Roze ilə yollarını ayırıb.

Rekord.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Almaniyalı baş məşqçi 2021-ci ilin fevralında “Borussiya”nın “sükanı arxasına” keçmişdi.

“Borussiya” son mövsümü Almaniya Bundesliqasında 69 xalla 2-ci pillədə başa vurub.