“Borussiya”nın futbolçusu 3 aylıq sıradan çıxdı
- 20 May 2020 19:40
- 611
Almaniyanın “Borussiya” (Dortmund) klubu ciddi itki ilə üzləşib.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisinin futbolçusu Marko Roys sıradan çıxıb.
30 yaşlı futbolçunun bud əzələsindən zədələndiyi və təxminən 3 ay yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu da Roysun mövsümü erkən tamamlaması mənasına gəlir.
Koronavirus səbəbiylə dayandırılan Almaniya Bundesliqası ötən həftə bərpa olunub.