Portuqaliyanın “Benfika” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, sözügedən klub Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Yulian Vayqlı heyətinə qatıb.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb: “Benfika” ilə Yulian Vayqlın transferi ilə bağlı razılığa gəldik. Oyunçumuza xidmətlərinə görə təşəkkür edirik, Portuqaliya macərasında uğurlar arzulayırıq”.

Vayql “Borussiya”da 2015-ci ildən çıxış edirdi. Almaniya yığmasının üzvü Dortmund təmsilçisində 171 oyuna çıxıb, 4 qola imza atıb.