"Liverpul", "Real Madrid", "Mançester Siti", "Mançester Yunayted" və "Çelsi" Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellinqhemlə maraqlanır.

Rekord.az xəbər verir ki, bu barədə "Athletic"nəşri məlumat yayıb.

İngiltərəli futbolçunun Bundesliqa klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Dortmund təmsilçisi daha yaxşı şərtlərlə sözləşmənin uzadılmasını təklif etmək niyyətindədir.