Almaniyanın “Borussiya” (Dortmund) klubunun müdafiəçisi Dan-Aksel Zaqadu sıradan çıxıb.

Rekord.az xəbər verir ki, o, komandanın son məşqlərindən birində sol dizindən zədə alıb. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Zədəsi ciddi olan 21 yaşlı fransalı futbolçu bir neçə həftə məcburi istirahət etməli olacaq. Klubun tibbi heyəti onun koronavirus pandemiyasına görə dayandırılmış Almaniya Bundesliqasının bərpasına qədər hazır olmasına çalışacaq.

Qeyd edək ki, Bundesliqanın ən yaxşı halda mayın 28-dən sonra bərpa olunacağı ehtimal edilir.