Dortmund “Borussiya”sı Almaniya Bundesliqasının 15-ci turu çərçivəsində “Leyptsiq”ə 3:1 hesabı ilə qalib gəlib.

Rekord.az xəbər verir ki, bu oyunda Dortmund klubunun futbolçusu Erlinq Haland yeni rekorda imza atıb.

Komandasının iki qolunu vuran norveçli futbolçu, Bundesliqadakı ilk 25 oyununda 25-ci dəfə fərqlənib. Bu, Bundesliqa tarixində ən yaxşı başlanğıcdır. 

Bundan əvvəlki ən yaxşı nəticə “Hamburq”un keçmiş futbolçusu Uve Zelerə məxsus idi. Zeler ilk 25 oyununda 23 qola imza atmışdı.