"Borussiya"nın qapıçısından möhtəşəm jest
- 24 May 2021 12:41
- 580
Dortmund "Borussiya"sının qapıçısı Roman Bürki evdə "Bayer"lə matçdan sonra (3:1) jestə imza atıb.
Rekord.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Leverkuzen klubunun futbolçuları - Sven Bender və Lars Bender bu qarşılaşma ilə karyeralarını bitiriblər. 89-cu dəqiqədə Lars əkiz qardaşı Svenin əvəzinə meydana daxil olub. O, elə həmin dəqiqədə penaltini dəqiq yerinə yetirib.
Həmin an isə "Borussiya"nın qapıçısı Roman Bürki Lars Benderin vuruşu zamanı yerindən tərpənməyib. Onun bu jesti mövsümə damğa vuran hərəkət olub. Qoldan sonra Lars Bender qapıçını qucaqlayıb və duyğusal anlar yaşayıb.
Qeyd edək ki, Bender qardaşları sağlamlıqlarına görə karyeralarını 32 yaşında bitirmək qərarına gəliblər.