"Borussiya"nın texniki direktoru: "Yaxın gələcəkdə onların stadionda olacağına inamım yoxdur".
- 22 Mar 2020 18:00
- 599
Dortmund "Borussiya"sının texniki direktoru Hans-Yoakom Vatske ilin sonuna qədər futbol qarşılaşmalarına azarkeşlərin gəlməyəcəyini deyib.
Rekord.az xəbər verir ki, 50 yaşlı alman funksioner "11Freunde"yə açıqlamasında belə bir halın yaşanacağına inanmadığını bildirib:
"2020-ci ildə ən azı bir oyunda azarkeşlərin stadiona gəlməsini arzulayıram. Bu hal yaşansa, özümü xoşbəxt hiss edərəm. Amma düzünü danışsaq, bunun baş verəcəyinə inanmıram.
Klubumuz maliyyə cəhətdən yaxşı durumdadır. Klubda problem yaşanmır. Bir neçə ay gəlir olmadan yaşaya bilərik. Bizim satadionda hər oyun 80 min azarkeş olur. Bu qədər fanat önündə oynamaq böyük xoşbəxtlikdir. Amma təəsüf edirəm ki, yaxın gələcəkdə onların stadionda olacağına inamım yoxdur".