Almaniyanın “Borussiya” (Dortmund) klubunun futbolçusu Marko Roys zədəsini tam sağaldıb.

Rekord.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Dortmund təmsilçisinin kapitanı artıq komanda ilə ümumi məşqlərə başlayıb. Onun növbəti oyunlara kimi tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Roys bu mövsüm Bundesliqada 19 matçda 11 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.