BOS bütün işçilərini məcburi məzuniyyətə göndərdi
- 23 Mar 2020 18:00
- 726
Bakı Olimpiya Kompleksi hazırda faktiki fəaliyyətini dondurub.
Rekord.az-a daxil olan məlumata görə, arena daxilində icarə qaydasında fəaliyyət göstərən bəzi şirkətlər istisna olmaqla bütün ofislər bağlanıb.
Eyni zamanda stadionun əməkdaşlarının demək olar ki, hamısı məcburi məzuniyyətə göndərilib. Yalnız bir neçə mühavizəçi qalıb.