BOS-dan özbaşınalıq: azarkeşləri oyuna baxmağa buraxmadılar
- 13 Okt 2019 13:00
- 1075
Dünən BOS-un ehtiyat meydançasında "Qəbələ" ilə "Zirə" arasında yoxlama görüşü keçirib.
Rekord.az xəbər verir ki stadion rəhbərliyi bu oyunda analoqu olmayan addım atıb.
Belə ki adi yoxlama görüşü olmasına baxmayaraq stasionun mühafizəçiləri azarkeşlərin stadiona girilşinə icazə verməyib. Bu haqda saytımıza açıqlamasında "Qəbələ" azarkeşi Sevinc Novruzova məlumat verib. Onun sözlərinə görə Sumqayıtdan Bakıya oyuna baxmağa getsə də mühafizəçilər ona içəri keçmək üçün icazə verməyib. Səbəbini soruşanda isə belə cavab veriblər: maşın keçə bilər amma adama icazə yoxdur. Həqiqətən də analoqu olmayan hadisədir. Bəlkə yoxlama görüşünə giriş pullu olub? Yoxsa BOS rəhbərliyinin bu tip oyunlar üçün xüsusi "nizamnaməsi" var? Adi yoxlama görüşünə azarkeş buraxılmaması ideyasını haranızla fikirləşmisiniz əcaba?