Millinin oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt” hazırlıqlarını Bakıda keçir.

Rekord.az xəbər verir ki, BOS-da məskunlaşan sumqayıtlılar  ötən gün burada “Qəbələ”l ilə yoxlama görüşü keçirib.

Əldə etdiyimiz məlumata görə, “Sumqayıt”  ev sahibi kimi BOS-a ödədiyi icarə haqqında güzəşt xahiş etsə də buna nail olmayıb. Stadion rəhbərliyi gündəlik icarə haqqında “Sumqayıt”a güzəşt etməyib. Maraq üçün deyək ki, BOS-un ehtiyat meydançasında bir məşq 400 manatdır.