![photo](https://www.rekord.az/storage/uploads/5/savo-milosovic-780x470.jpg)
Bosniya və Herseqovina millisinin baş məşqçisi məlum oldu
- 30 Sen 2023 16:40
- 306
Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi müəyyənləşib.
Rekord.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Savo Miloşeviç təyin edilib.
Müqavilənin detalları açıqlanmayıb.
Miloşeviç daha əvvəl Serbiyada “Partizan”, Sloveniyada “Olimpiya” kimi klublarda çalışıb.