Dohada ağır atletika üzrə 6-cı Qətər Beynəlxalq Kuboku start götürüb.

Rekord.az xəbər verir ki, Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda Azərbaycan yığmasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan Boyanka Kostova körpücük üzərinə çıxıb. O, 59 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz toplam 221 kq (101+120) nəticə ilə bütün rəqiblərini qabaqlayaraq, turnirin qalibi adını qazanıb.