“Böyük Dəbilqə”: Daha 10 cüdoçumuz mübarizəyə başlayır
- 24 Sen 2023 10:20
- 284
Azərbaycanın daha 10 cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, yarışın sonuncu günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev, Elcan Hacıyev, Əjdər Bağırov, Musa Hüseynli, 100 kq-da Ruslan Nəsirli, Zelim Kotsoyev, 100 kq-dan yuxarı çəkidə isə İmran Yusifov, Rəşid Məmmədəliyev, Uşangi Kokauri və Ramazan Əhmədov tatamiyə çıxacaq.
90 kq
Murad Fətiyev - Srcan Mrvalyeviç (Monteneqro)
Elcan Hacıyev - Aleksandr Sidoruk (İJF)
Əjdər Bağırov - Yermakhan Anuarbekov (Qazaxıstan)
Musa Hüseynli - Yahor Varapayev (İJF)/Aleks Kret (Rumıniya) cütünün qalibi
100 kq
Ruslan Nəsirli - Zlatko Kumriç (Xorvatiya)
Zelim Kotsoyev - Matias Madsen (Danimarka)
+100 kq
İmran Yusifov - Kamzat Saparbayev (Fransa)
Rəşid Məmmədəliyev - Juscelino Nasimento (Braziliya)
Uşangi Kokauri - Karl Stefansson (İslandiya)/Joao Kesarino (Braziliya)
Ramazan Əhmədov - Tamerlan Başayev (İJF)
Xatırladaq ki, daha əvvəl Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq) qızıl, Leyla Əliyeva (48 kq) isə gümüş medal əldə edib.