“Böyük Dəbilqə”: Daha iki cüdoçumuz mübarizəyə başlayır
- 2023-03-04 10:20
- 376
Bu gün Azərbaycanın daha iki cüdoçusu Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayacaq.
Rekord.az xəbər verir ki, 73 kq çəki dərəcəsində çıxış edən Nəriman Mirzəyev 1/16 final mərhələsində Tacikistan təmsilçisi Bahruzi Xocazoda ilə üz-üzə gələcək.
Eyni çəkidəki Rəşid Məmmədəliyev yerli idmançı Şaxram Ahadovla güləşəcək.
Daha əvvəl 60 kq-dakı Əhməd Yusifov bürünc medal qazanıb.