“Sabah”ın baş məşqçisi Jelko Sopiç bu gün “Zirə”yə qarşı keçirdikləri yoxlama oyununu şərh edib.

Rekord.az xəbər verir ki, xorvat mütəxəssis 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil olunmuş mətbuat konfransında öncə bunları söyləyib:

“Adi yoxlama oyunu idi. Matçın ilk 30 dəqiqəsində hava çox isti idi ki, bu da, hər iki komandaya çətinlik yaradırdı. Qarşılaşmada futbolçuların əksəriyyətinə şans verdim. Bəzi oyunçularda səhvlər var idi. Ancaq onlara irad tutmaq istəmirəm. Fikrimcə, böyük fasilədən sonra onlara nəsə demək düzgün deyil. Yoldaşlıq görüşü idi, nəticə önəmli deyildi".