![photo](https://www.rekord.az/storage/uploads/5/elvin-memmedov-2-1.jpg)
Böyük futbolla vidalaşan sabiq milli üzvü mini futbola üz tutdu
- 13 Sen 2023 15:00
- 850
Ötən mövsümü "Şamaxı"da keçirən Elvin Məmmədov komanda I Liqada düşdükdən sonra oradan ayrılmışdı. Bir müddət sonra isə, ümumiyyətlə, futbolla vidalaşmışdı.
Rekord.az-a daxil olan məlumata görə, Elvin futbolla vidalaşdıqdan sonra mini futbola üz tutmağa qərar verib.
Onun "Birbaşa" komandası ilə danışıqlar apardığı deyilir. Bu komanda ilə danışıqlar müsbət nəticələnməsə belə, Elvin başqa bir mini futbol komandasında oynamağı düşünür.