Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi “Braqa”dan Pablo Santosu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Santos 2020/21 mövsümünü icarə əsasında “Hatayspor”da keçirəcək.

28 yaşlı müdafiəçi yeni klubu ilə məşqlərə başlayıb.