DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsinin Braziliya – Argentina oyunu təxirə salınıb.

Rekord.az xarici KİV-lərə istinadən xəbər verir ki, matç başladıqdan bir neçə dəqiq sonra  Braziliya Səhiyyə Nazirliyinin şəxsləri və polislər meydana daxil olublar.
 
Onlar Argentina millisinin bəzi futbolçuları koronavirus  qaydalara riayət etmədiyi üçün bu addımı atıblar. Polislər Argentina millisinə İngiltərədən gələn 4 oyunçusunu (Emiliano Martines, Emiliano Buendiya (hər ikisi “Aston Villa”), Covani Lo Çelso (“Tottenhem”) və Serxio Romeronun (“Mançester Yunayted”) deportasiya etmək istəyiblər.

İngiltərədən ölkəyə gələn şəxslər 14 günlük karantindən keçməlidirlər. Ancaq oyunçular immiqrasiya işçilərinə yalan məlumat veriblər. Bu yaxınlarda İngiltərəyə getmədiklərini iddia ediblər.

Argentina tərəfi polisin deportasiya həyata keçirmək istəyinə qarşı çıxıb və komanda olaraq paltardəyişmə otağına yollanıb. Hakimlər də yaşanan mübahisələr nəticəsində meydanı tərk edib. Qarşılaşmanın təxirə salındığı açıqlanıb.