Braziliya Argentinaya evdə uduzdu
- 22 Noy 2023 14:15
- 256
Argentina millisi 2026-cı ildə ABŞ, Meksika və Kanadada keçiriləcək dünya çempionatının seçmə mərhələsi çərçivəsində Braziliya yığmasını məğlub edib.
Rekord.az xəbər verir ki, "Marakana" stadionunda keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu 63-cü dəqiqədə müdafiəçi Nikolas Otamendi vurub. 82-ci dəqiqədə isə braziliyalı hücumçu Joelinton birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Argentina 6 oyundan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir. Braziliya 7 xalla altıncıdır.
DÇ-2026, seçmə mərhələ
6-cı tur
22 noyabr
Paraqvay – Kolumbiya 0:1
Qol: Borre, 11-pen.
Ekvador – Çili 1:0
Qol: Mena, 21.
Uruqvay – Boliviya 3:0
Qollar: D.Nunes, 15; 71. Vilyamil, 39-öz qapısına.
Braziliya – Argentina 0:1
Qol: Otamendi, 63.
Peru – Venesuela 1:1
Qollar: Yotun, 17 – Savarino, 54.