Braziliya DÇ-dən imtina etdi
- 09 İyn 2020 18:40
- 700
Braziliya Futbol Konfederasiyası (CBF) 2023-cü il qadınlar arasında dünya çempionatına ev sahibliyi üçün müraciətini geri götürüb.
Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Qərar koronavirus pandemiyasının törətdiyi fəsadlarla əlaqədar qəbul edilib. Braziliya FİFA-ya böyük beynəlxalq turniri keçirmək üçün lazım olan maliyyə zəmanətini verə bilməyib. CBF Kolumbiyanın mundiala ev sahibliyi etməsi təklifini dəstəkləyib.
Dünya çempionatının ev sahibi iyunun 25-də səsvermə yolu ilə bəlli olacaq.