Braziliya klubunun baş məşqçisində koronavirus aşkarlandı
- 05 İyl 2020 14:31
- 682
Futbol üzrə Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.
Rekord.az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssisin özü videomüraciətində deyib.
O bildirib ki, COVID-19 üçün götürülən analiz nümunəsinin cavabı iyulun 3-də bəlli olub. Nəticə müsbət olduğuna görə o, dərhal hazırda rəhbərlik etdiyi "Palmeyras" klubunun məşqlərindən azad edilib. Luşemburqunun yaşı 68 olduğu üçün yüksək risk qrupuna daxildir.
Mütəxəssis koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb.
Qeyd edək ki, Vanderley Luşemburqu 1998-2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.