Fransada keçirilən olimpiya oyunlarında qadın voleybolçuların mübarizəsində bürünc mükafatçının adı bəlli olub. "Rekord.az" xəbər verir ki, üçüncülük uğurunda Braziliya və Türkiyə komandaları üz-üzə gəliblər. 

Cənubiamerikalılar ilk setdən üstünlüyə yiyələniblər və 2:0 hesabı ilə irəli keçiblər. Türkiyəli voleybolçular növbəti hissəni qalib başa vuraraq ümumi hesabı azalda bilsələr də onların bundan artığına gücləri çatmayıb. Dördüncü seti də böyük üstünlüklə aktivinə yazan Braziliya yığması qarşılaşmadan 3:1 25:21, 27:25, 22:25, 25:15) hesablı qələbə ilə ayrılıb. Beləliklə, Braziliya millisi olimpiadanın bürünc medalına sahib çıxıb.  

Qeyd edək ki, finalda İtaliya və ABŞ yığmaları üz-üzə gələcək.