Braziliya millisində Neymar şoku
- 08 Okt 2020 18:15
- 659
PSJ-nin hücumçusu Neymar Braziliya milli komandasının düşərgəsində zədələnib.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, məşq zamanı belində ağrılan hiss edən Neymar müayinə olunub. 28 yaşlı hücumçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
Neymar Braziliya millisinin DÇ-2022-nin seçmə mərhələsində Boliviya və Peru ilə qarşılaşacağı oyunları buraxa bilər.
Braziliya oktyabrın 10-da Boliviya, 14-də isə Peru ilə qarşılaşacaq.