Braziliya millisinin 40 yaşlı sabiq üzvündən klubu ilə yeni müqavilə
- 23 May 2024 10:00
- 164
Fransanın "Nitsa" klubu Braziliya millisinin sabiq futbolçusu Dante ilə başa çatan müqavilə müddətini uzadıb.
Rekord.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı oyunçu daha bir mövsüm Fransa Liqa 1-də çıxış edəcək.
2016-cı ildən "Nitsa"da forma geyinən Dante daha əvvəl "Volfsburq", "Bayern" və "Borussiya" (Münhenqladbax) kimi klubların şərəfini qoruyub.