Qətər təmsilçisi "Əl-Sədd”in baş məşqçisi Xavi iki komandada çalışmaqdan imtina edib.

 

Rekord.az xəbər verir ki, 41 yaşlı mütəxəssis Braziliya millisi və Dortmund "Borussiya”sında işləməkdən imtina edib.

 

Almaniya klubu ona üç illik müqavilə təklif edib. Xavi baş məşqçi postunda müvəqqəti çalışdırıcı Edin Terziçi əvəzləmək təklifi ilə razılaşmayıb. Braziliya Futbol Konfederasiyası isə "Barselona”nın əfsanəsinə DÇ-2022-də Titenin köməkçisi, mundialdan sonra baş məşqçi olmaq təklifi göndərib.

 

Xavi "Əl-Sədd”lə müqaviləni 2023-cü ilədək uzadıb.