"Mançester Siti" hücum xəttini gücləndirib.

Rekord.az xəbər verir ki, "şəhərlilər" "Trua"dan Savinyonu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı vingerlə 5 illik müqavilə imzalanıb.

Savinyo ötən mövsüm icarə əsasında "Jirona"da çıxış edib. Braziliya millisinin üzvü La Liqa təmsilçisinin heyətində 41 rəsmi matçda 11 qol vurub və 10 məhsuldar ötürmə edib.