"Mercedes" komandasının britaniyalı pilotu Corc Rassel Formula 1 üzrə dünya çempionatının 21-ci mərhəsələsi olan Braziliya Qran-Prisinin qalibi olub.

Rekord.az xəbər verir ki, yarış bazar günü “İnterlaqos” avtodromunda keçirilib.

Rassel üçün bu qələbə mövsümdə ilk olub. “Mercedes” komandasında çıxış edən britaniyalı Lüis Hemilton ikinci, “Ferrari”nin ispan sürücüsü Karlos Sayns üçüncü olub.