Braziliyalı futbolçu dünyasını dəyişdi - 25 yaşında
- 07 Yan 2021 23:59
- 623
Portuqaliyanın “Alverka” klubunun formasını geyinən braziliyalı yarımmüdafiəçi Aleks Apolinario dünyasını dəyişib.
Rekord.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
Xəbərdə 25 yaşlı yarımmüdafiəçinin bu gün xəstəxanada keçindiyi diqqətə çatdırılıb. Onun ölümünə ürəktutması səbəb olub.
Qeyd edək ki, Aleks Apolinario yanvarın 3-də 3-cü liqanın "Almeyrim"lə matçında infarkt keçirdikdən sonra xəstəxanaya yerləşdirilmişdi.