Braziliyalı futbolçu güllələndi
- 02 Noy 2023 12:30
- 260
Braziliyalı futbolçu Felipe Dioqo güllələnərək öldürülüb.
Rekord.az xəbər verir ki, hadisə 21 yaşlı hücumçunun bağ evində baş verib.
C seriyasında çıxış edən “San Bernardo” klubunun forvardı mövsüm başa çatdıqdan sonra istirahət etmək üçün doğulduğu Ribeyrao-Pretoya gedib. Orada bir qrup şəxs tərəfindən hücuma məruz qalan oyunçu güllə yaraları alıb. Gənc futbolçu xəstəxanaya aparılsa da, həkimlərin müdaxiləsi nəticə verməyib.