“Beşiktaş” heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi “Alanyaspor”dan Velintonu transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Braziliyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, “qara qartallar” bu transferin tərkib hissəsi kimi geridə qalan mövsümdə “Sivasspor”a icarəyə verdiyi futbolçusu Fatih Aksoyu da “Alanyaspor”a satıb. Hansı ki, gənc futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb.

Velinton geridə qalan mövsümdə “Alanyaspor” formasıyla 27 oyuna çıxıb, 3 qola imza atıb.

“Beşiktaş” daha öncə Velintonun “Alanyaspor”dakı komanda yoldaşı Fabris Nskala ilə “Kayserispor”dan Bernard Mensahı da transfer etmişdi.