![photo](https://www.rekord.az/storage/uploads/5/s-272.jpg)
Braziliyalı futbolçu rəsmən “Neftçi”də
- 01 Avq 2023 15:41
- 346
“Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, "ağ-qaralar" braziliyalı vinger Andre Şinyaşikini transfer edib.
Paytaxt təmsilçisi 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb.
Forvardın son klubu "Şarlott" (ABŞ) olub. Eyni zamanda hücumun mərkəzində də oynaya bilən Şinyaşikinin karyerası ABŞ ilə bağlıdır. Yaponiya əsilli braziliyalı futbolçu "Denver", "Kolorado" və "Şarlott"da forma geyinib. Andre bu mövsüm MLS-də 5 oyunda iştirak edib və fərqlənə bilməyib.