Braziliya millisinin sabiq üzvü Felipe Anderson İngiltərənin “Vest Hem” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

28 yaşlı futbolçu 2018-ci ildən “Aston Villa”da çıxış edirdi. Geridə qalan mövsümdə isə braziliyalı oyunçu icarə əsasında “Portu”da forma geyinib.

Felipe bundan sonra karyerasını sabiq klubu “Latsio”da davam etdirəcək. O, köhnə-yeni klubu ilə 4 illik müqavilə bağlayıb.