Braziliyalı futbolçudan 3 tonluq qida yardımı
- 24 Apr 2020 15:20
- 681
Futbol üzrə Braziliya millisinin və “Mançester Siti”nin futbolçusu Qabriel Jesus koronavirus pandemiyası ilə mübarizəyə dəstək olub.
Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, 23 yaşlı futbolçu, doğulduğu San Paulonun kasıb məhəllərinin sakinlərinə yardım edib. O, bu məhəllələrə 3 ton qida bağışlayıb.