Futbol üzrə Braziliya yığmasının sabiq hücumçusu Halk Çinin “Şanxay Şanqan” klubundan ayrılıb.

Rekord.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat paylaşıb.

O, bu komandada keçirdiyi 4 mövsümə görə rəhbərliyə, oyunçulara və azarkeşlərə təşəkkürünü bildirib.

Qeyd edək ki, Halk "Şanxay Şanqan" klubuna 2016-cı ildə Rusiya "Zenit"indən keçib. O, Asiya təmsilçisinin heyətində ölkə çempionatının və superkubokunun qalibi olub.